AUT.AZ

Onu belə təəccübləndirib: “Real”a qarşı elə taktika qurub ki….

“Barselona”nın sabiq müdafiəçisi Erik Abidal Xosep Qvardiolanın İspaniya klubunda onu necə təəccübləndirdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Abidal bu haqda Rusiya mətbuatına verdiyi müsahibədə danışıb. Hazırda “Mançester Siti”ni çalışdıran Qvardiola “Real”la oyunlarda Abidalı belə təəccübləndirib:

“Kral Kubokunun finalında “Real” 1:0 hesabı ilə uduzduqdan sonra Pepin, bu nəticənin tamamilə onun günahı olduğunu dediyini xatırlayıram. O, həmin oyun üçün taktiki sxem hazırlamışdı, amma sonra dəyişdi, fərqli taktikadan istifadə etdik.

Ancaq  o zaman dedi ki, Çempionlar Liqasının növbəti qarşılaşmasında – “Real”la oyunda yenə də bu taktika ilə oynayacağıq, amma nəticə fərqli olacaq. Onun haqlı olduğu ortaya çıxdı”.

 

Exit mobile version