AUT.AZ

Ölkənin ən böyük bankından təklif: Bu əskinasın üzərində…

Argentinada Lionel Messinin təsviri olan əskinasların hazırlanmasını təklif ediblər.

Aut.az xəbər verir ki, bu təkliflə Argentina Xalq Bankının (Argentinada ən böyük bank) prezidenti Silvina Batakis çıxış edib.

Ötən həftə Argentina Mərkəzi Bankı ölkədə 2000 peso əskinasların dövriyyəyə buraxılmasını təsdiqləyib və hazırda 10 minlik əskinasların yaradılmasını nəzərdən keçirir. Batakis inflyasiya şəraitində yeni əskinasların istehsalını zərurət adlandırıb:

“Argentinalıların qəlbində yer tutan bir şəxsin üzərində dayanardım. O, simvolik əskinas olacaq, məsələn, dünya çempionatı ilə bağlı. Böyük məmnuniyyətlə Lionel Messinin şəkli olan əskinasa üstünlük verərdim.

Başa düşürəm ki, 10 minlik peso məsələsi təhlil edilir, prezident bugünkü müsahibəsində mövzunu açıq qoyub. Müxtəlif namizədlər təhlil edilir. Kiçik uşaqlar bunun Messi olduğunu söyləyərdilər. Lakin unutmayın ki, argentinalılar Lionel Messi və Dieqo Maradona arasında seçim etməlidirlər”.

Exit mobile version