AUT.AZ

“Neftçi”nin sabiq məşqçisi “Qarabağ”ın formasını satır ki…

“Qarabağ”ın və “Neftçi”nin  sabiq məşqçisi atdığı nəcib addımla gündəmə gəlib.

Söhbət bir müddət Qurban Qurbanovun köməkçisi kimi işləmiş türkiyəli mütəxəssis Mehmet Akdan gedir.

O, Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə yardım etmək üçün öz formasını satışa çıxarıb.

Mehmet bəy 2008-2009 mövsümündə “Qarabağ”la Azərbaycan kubokunu qazandıqları imzalı formanın ilkin qiymətin 1000 dollar dəyərində müəyyən edib.

Satışdan əldə olunacaq gəlir zəlzələ qurbanlarına dəstək üçün yaradılmış fonda ianə olunacaq.

Mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

40 yaşlı çalışdırıcı müxtəlif vaxtlarda ölkəmizdə “Qarabağ” və “Neftçi”də işləyib.

Exit mobile version