AUT.AZ

“Neftçi”nin sabiq futbolçusu Ermənistan klubunda

“Neftçi”nin sabiq futbolçusu Mateo Mujek karyerasını Ermənistanda davam etdirəcək.

Aut.az xəbər verir ki, Xorvatiyadan olan 27 yaşlı müdafiəçi bu ölkənin “Alaşkert” klubu ilə anlaşıb.

Tərəflər müddəti bu mövsümün sonuna kimi nəzərdə tutulmuş müqaviləyə imza atıblar.

Mateo Mujek 2017/18 mövsümündə “Neftçi”də çıxış edib. Həmin vaxt o, paytaxt təmsilçisində cəmi 3 matça çıxıb. Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, “Hrvatski Draqovolyaç”, “Qoritsa”, “Zavrç”, “Rudar”, “Şaxtyor” (Karaqanda), “Sent Mirren”, “Şerif” (Tiraspol), “AE Larissa”, “Radomlye”, “Kızıljar” kimi klubların formasını geyinib.

Exit mobile version