AUT.AZ

Messi onu danlayıb – Deyib ki…

Argentina yığmasının qapıçısı Emiliano Martinez 2022-də qələbəni bayram edərkən göstərdiyi jest haqda danışıb.

Aut.az xəbər verir ki, o, “France Football”-a müsahibəsində deyib ki, belə jesti Amerika kubokunu qazanarkən də edib. Hətta buna görə, Messidən irad da eşidib:

“Qələbəni belə qeyd etdiyim üçün peşmanam? Bəli, eyni şəkildə bir daha etməyəcəyim şeylər var. Kimisə incitmək fikrində deyildim. Bütün karyeram boyu fransızlarla oynamışam və heç vaxt problem yaşamamışam… Jirudan soruşa bilərsiniz ki, necə insanam.

Fransız mədəniyyətini və mentalitetini çox bəyənirəm. Ən yaxşı qapıçı mükafatı zamanı etdiyim jest komanda yoldaşlarım üçün zarafat idi.

Mən bunu əvvəllər Amerika Kubokunda etmişəm və hamısı mənə dedilər ki, bunu bir daha etmək olmaz. Hətta Leo da irad bildirdi. Mən bunu onlar üçün etdim, başqa heç nə”.

Exit mobile version