AUT.AZ

İbra indi də məşqçiyə söz atdı: Tənqidə tab gətirmirsə…

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç baş məşqçi Stefano Pioliyə qarşı yönəlmiş tənqidlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, İbra ikibaşlı danışıb. O, tənqidlərə döüzmlü olmağın vacib olduğunu deyib:

“Bu yaxşıdır. O, “Milan”ın baş məşqçisidir. Uğursuzluq olarsa,  məşqçini və komandanı tənqid edirlər. Biz peşəkarıq və tənqidə normal yanaşmalıyıq. Hər şey o qədər də gözəl deyil.

Tənqid işin bir hissəsidir. Tənqid təzyiqinin öhdəsindən gələ bilmirsinizsə, bu işlə məşğul olmayın. Amma tənqid bizim dünyamızın bir hissəsidir”.

Qeyd edək ki, “Milan” 7 oyunluq qələbəsizlik seriyasına fevralın 10-da “Torino” ilə qarşılaşmada son qoyub – 1:0.

 

Exit mobile version