AUT.AZ

Etirafa bax: Mən onun kuklasıyam

Argentina yığmasının qapıçısı Emiliano Martinez DÇ-2022-də qazandıqları qələbəni qeyd edərkən Fransa yığmasının hücumçusu Kilian Mbappeni ələ salması haqda iddialara münasibət bildirib.

Xatırladaq ki, Buenos-Ayresdə keçirilən çempionat paradında Martines finalda het-trik edən Fransa millisinin hücumçusunun üzü olan kukla nümayiş etdirmişdi.

Aut.az xəbər verir ki, Emiliano “France Football”a müsahibəsində məsələyə belə münasibət bildirib:

“İnsanlar yol boyu üstümüzə bir dəstə kukla atdılar, heyrətləndik. Parad zamanı yüzə yaxın belə kukla vardı əlimizdə.

Mbappenin siması əks olunmuş kukla əlimdə idi. Məni güldürdüyü üçün götürdüm, iki saniyə saxlayıb geri atdım, bu qədər.

Mbappeni necə ələ sala bilərəm? O, mənim qapıma dörd qol vurub. Finalda dörd qol… O, mənim onun kuklası olduğumu düşünməlidir!”

 

Exit mobile version