Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2022-ci ilin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, IFFHS-in versiyasına görə, bu ada İspaniya millisinin və “Barselona”nın kapitanı Aleksia Putelyas layiq görülüb.
Avropada ilin ən yaxşı gənc qadın futbolçusu isə Almaniya millisinin və “Volfsburq” klubunun yarımmüdafiəçisi Jül Brand seçilib.