AUT.AZ

UEFA-dan Türkiyəyə maliyyə yardımı və Azərbaycana təşəkkür

UEFA Türkiyədə və Suriyadakı zəlzələ qurbanlarına maliyyə yardımı edib.

Aut.Az xəbər verir ki, qitə futbol qurumu bunun üçün ilkin mərhələdə 200 min avro vəsait ayırıb.

 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu məbləğin 150 min avrosu Türkiyə Futbol Federasiyasının, qalan hissəsi isə Beynəlxalq İnteqrasiya Yardım Fondunun hesabına köçürülüb.

Yeri gəlmişkən, UEFA prezidenti Aleksander Çeferin Türkiyədəki zəlzələdə zərər çəkənlərə dəstək verən milli assosiasiyalara minnətdarlığını bildirib. Sloveniyalı funksioner bu barədə Avropa futbol qurumunun rəsmi saytına açıqlama verib.

Xatırladaq ki, AFFA Türkiyə Futbol Federasiyasının (TFF) ictimaiyyətə müraciətini nəzərə alaraq, dərhal qurumun bank hesabına 500 min Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürmüşdü.

Ən son məlumatlara görə, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində azı 20213 nəfər ölüb, 80052 nəfər isə xəsarət alıb.

Exit mobile version