AUT.AZ

Təbrizdə deyirlər ki, İran… – Rusiyalı məşqçi

 

 

“Soçi”nin məşqçisi, əvvəllər İranın “Traktor” klubunda çalışmış Dmitri Kiriçenko İranda baş verən etirazlardan danışıb.

Aut.az xəbər verir ki, Kiriçenko “Championat.com” saytına müsahibəsində İranda gördüklərini belə təsvir edib:

“Bəli, iranlılar bu hadisələrdən narahat idilər. Mitinqlər davamlı olurdu. Bəzən şəhərdə mobil rabitə, sadəcə olaraq itirdi. Klub əməkdaşları ilə əlaqə saxlaya bilmədik. Gündə bir dəfə, internet olduqda ünsiyyət saxlaya bilirdik.

Əvvəlcə VPN-i sınadıq, lakin iğtişaşlar artdıqca, o da işləmədi.  Biz müxtəlif yollar axtarırdıq. Yerli hakerlərin məsləhətlərindən istifadə etdik. Başqa nə edə bilərdik ki…

Amma bu, İranda baş verən ilk iğtişaş deyil. Təbrizlilər İranda polis dövlətinin olduğunu vurğulayırlar. Onlar deyirlər ki, etirazlar bu və ya digər şəkildə söndürüləcək. Hər kəs buna öyrəşib”.

 

 

Exit mobile version