AUT.AZ

“Sumqayıt” axır ki, bu transferi reallaşdırdı

“Sumqayıt”ın Rusiyada çıxış edən həmyerlimiz Kamran Əliyevi transfer edəcəyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, “kimyaçılar” bu gün saytı vasitəsilə futbolçinin keçidini rəsmən açıqlayıb.

Bu transfer hələ ötən ay reallaşmalı idi. Ancaq bizə məlum olmayan səbəblərdən proses, təqribən 1 ay yubanıb.

“Sumqayıt” son olaraq Rusiya “Arsenal”ında (Tula) çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kamran Əliye 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.

Exit mobile version