AUT.AZ

“Siti”də onun dövrü bitir – Göz yaşlarını saxlaya bilmədi

Pep Qvardiola “Mançester Siti”dən ayrılmağa hazırlaşır.

Aut.az xəbər verir ki, o, Premyer Liqa rəhbərliyinin “şəhərlilər”i maliyyə fırıldağında ittiham etməsindən sonra bu qərara gəlib. İspaniyalı mütəxəssis dərk edib ki, bu dəfə yaşananlar olduqca ciddidir. Mançester təmsilçisinin 100-dən çox qayda pozuntusunda ittiham edilməsi və apellyasiya hüququnun da əlindən alınması Pepin qərarına ciddi şəkildə təsir edib.

O, Premyer Liqanın yaydığı məlum bəyanatdan sonra narahatlığını hiss etdirib. Hətta həmin xəbərdən sonrakı ilk məşqdə çox əsəbi olub. Futbolçularla da pis davranıb. İngiltərəli həmkarlarımız iddia edir ki, klub rəhbərliyi tərəfindən aldadıldığını düşünən Qvardiola, hətta göz yaşlarını saxlaya bilməyib.

Pep artıq Premyer Liqanın “Mançester Siti” ilə bağlı qərarını gözləyir. Klub hansısa bir cəza alsa, postundan gedəcək. Cəza olmasa belə, mövsümün sonunda istefa vermək ehtimalı var.

Qeyd edək ki, araşdırmalar nəticəsində “Siti”nin 9 mövsümdə 100-dən çox maliyyə pozuntusuna yol verdiyi aşkarlanıb. Premyer Liqa rəhbərliyi bu maxinasiyaları sübut edə bilsə, ən yaxşı halda komandanın mövsümdə qazandığı 15 xal silinəcək. Ən ağır cərimə isə Premyer Liqadan, hətta peşəkar liqalardan uzaqlaşdırılması olacaq.

Exit mobile version