AUT.AZ

Ronaldo poker etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”də pokerə imza atıb.

Aut.az xəbər verir ki, Ronaldo  Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda “Əl-Vəhd”lə qarşılaşmda fərqlənib. O, ilk qolu 21-ci dəqiqədə vurub, daha sonra 40 və 51-ci dəqiqələrdə fərqlənib. Hücumçu 61-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Məlumat üçün bildirək ki, Ronaldo 2022-ci ilin dekabrında “Əl Nəsr”lə iki illik müqavilə imzalayıb. Futbolçunun maaşı bonuslarla birlikdə illik 200 milyon avro təşkil edir.

Exit mobile version