AUT.AZ

“Real” və “Barsa”ya qadağa: Bu görüşə gələ bilməzlər

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real” və “Barselona”ya Superliqanın yayım hüquqları ilə bağlı keçirilən görüşlərdə iştirak etməyi qadağan edib.

Aut.az ispan mətbuatına istinadla xəbər verir ki, Tebas bu qərarı Super Liqanın yeni formatı ilə bağlı xəbərdən az əvvəl verib. O, bunu digər klubların dəstəyi və Avropa Superliqasının təsirinin proqnozunu verən KPMG konsaltinq firmasının və İspaniya hüquq firması “Uría Menéndez”in məsləhəti ilə edib.

KPMG-nin ekspertizasına görə, Superliqa layihəsi La Liqada klubların televiziya hüquqlarının dəyərinə ciddi ziyan vuracaq, onun dəyərini İspaniya daxilində 10%, beynəlxalq səviyyədə isə 25% ucuzlaşdıracaq.

Exit mobile version