AUT.AZ

PSJ-in dərdi başından aşır: İndi də Messi…

PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalı çərçivəsində baş tutacaq “Bayern” ilə ilk oyunu buraxa bilər.

Aut.az xəbər verir ki, argentinalı oyunçunun diz sümükləri zədələnib. Bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar o, şənbə günü “Monako” ilə Liqa 1-də keçiriləcək oyunda iştirak etməyəcək. Messinin fevralın 14-də baş tutacaq Münhen təmsilçisi ilə matçı da buraxmaq ehtimalı yüksəkdir.

Bu, PSJ-nin tək itkisi deyil. Klian Mbappe də zədə səbəbindən “pivəçilər”lə ilk oyunu tribunadan izləyəcək.

Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında 5 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Exit mobile version