AUT.AZ

Messinin zədəsi – Şansı var

Fransa kubokunun “Marsel”lə 1/8 final matçında dizindən zədə alan PSJ-nin futbolçusu Lionel Messinin durumu açıqlanıb.

Aut.az xəbər verir ki, müayinələrdən sonra məlum olub ki, onun, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə ilk oyununda meydana çıxmaq şansı var. Bunu komandanın baş məşqçisi Kristofer Qaltye keçirdiyi mətbuat konfransında deyib:

“Messi Liqa 1-də “Monako”ya qarşı oynamayacaq, dizi ilə bağlı narahatlıq var. Bazar ertəsi isə məşqlərə qoşulacaq. Onunla bağlı risk etməyəcəyik. Oynamaq şansı var, özünü yaxşı hiss etsə, “Bayern”ə qarşı meydana çıxacaq. Onun bizim üçün nə qədər vacib oyunçu olduğunu başa düşürük”.

Qeyd edək ki, PSJ – “Bayern” matçı fevralın 14-də keçiriləcək.

Exit mobile version