AUT.AZ

Mbappenin “atası” həbs edildi

Fransanın Versal məhkəməsi özünü PSJ-nin futbolçusu Kilian Mbappenin atası kimi təqdim edərək dələduzluqla məşğul olan şəxsi cəzalandırıb.

Aut.Az xəbər verir ki, məlumatı “Le Parisien” nəşri yayıb.

48 yaşlı kişi iki əlcəzairli üçün Fransada yaşamaq icazəsi almağa çalışıb. Bunun üçün o, özünü ulduz futbolçunun atası Vilfrid Mbappe kimi təqdim edib. Saxtakar hətta bunun üçün telefon və poçt vasitəsilə müvafiq quruma göndərdiyi sənədə ata-Mbappenin “imza”sını və PSJ-nin “blank”ını təqdim edib. Amma sənədləşməni həyata keçirən agent məktubda çoxlu orfoqrafik səhv olmasından şübhələnib. Əvvəllər Mbappenin atası ilə telefonda danışan məmur səslərdəki fərqi də hiss edib və dərhal polisə xəbər verib. Beləliklə, dələduz ələ keçib. Onun evindən 4370 avro nağd pul və 24 230 avroluq bank hesabının da bəyan edilmədiyi üzə çıxıb.

İstintaqın sübutlarını və onun əvvəllər də oxşar əməllər törətdiyini nəzərə alan məhkəmə “saxta Mbappe”yə elektron qolbaq taxaraq on aylıq ev həbsinə və 2000 avroluq cəriməyə məhkum edib.

Exit mobile version