AUT.AZ

Məşhur cütlük elan etdi: 3-cü övladı gözləyirlər – FOTO

2008-ci ildə Fransa Açıq çempionatının (“Rolan Qarros”) qalibi,  dünyanın sabiq bir nömrəli tennisçisi Ana İvanoviç sosial şəbəkədə yeni paylaşım edib.

Aut.az xəbər verir ki, idmançı əri, Almaniya millisinin heyətində 2014-cü ildə futbol üzrə dünya çempionu olmuş Bastian Şvaynştayqerlə birlikdə çəkdirdiyi fotonu yayımlayıb. Cütlük üçüncü övladlarını gözlədiklərini açıqlayıb.

Ana belə yazıb: “Rəsmən elan edirik ki, artıq biz azlıqdayıq”.

35 yaşlı Ana İvanoviç 2016-cı ilin dekabrında karyerasını bitirib. Bundan əvvəl, iyul ayında o, Şvaynştayqerlə evlənib.  2019-cu ilin oktyabrında Bastian karyerasını bitirdiyini elan etdi. Cütlüyün üç yaşlı Leon və beş yaşlı Luka adlı iki oğlu var.

 

Exit mobile version