AUT.AZ

İngiltərə Premyer Liqasından Türkiyəyə bir milyonluq dəstək

Türkiyənin Kahramanmaraş bölgəsində və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra idman ictimaiyyətindən dəstəklər gəlməkdədir.

Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələyə görə üzüntü yaşandığı bildirilib.

Premyer Liqa zəlzələ qurbanları üçün 1 milyon funt sterlinq yardım edəcək.

​Bundan əlavə, bu həftə liqada keçiriləcək matçlarda futbolçuların meydana qara sarğı ilə çıxacağı bildirilib.

Exit mobile version