AUT.AZ

İlin ən yaxşısı bu 3 qol arasından seçiləcək – Video

FIFA 2022-ci il Puşkaş mükafatına finalçı namizədləri açıqlayıb.

Aut.az xəbər verir ki, 11 oyunçudan 3-nün qolu ilin ən yaxşısı olmağa namizəd göstərilib. Amputa futbolu üzrə Polşanın “Varta” klubunun üzvü Martsin Oleksi də yekun iddiaçılar sırasına düşüb.

Braziliya millisinin üzvü Rişarlisonun Qətərdə keçirilən dünya çempionatında Serbiyanın qapısına akrobatik tullanışla vurduğu qol da mükafata layiq görülə bilər.

Fransalı Dimitri Paye də qalib ola bilər. Onun “Marsel”in formasıyla Avropa Liqasının 1/4 final mərhələsində uzaq məsafədən vurduğu qol Puşkaş mükafatına iddialıdır.

Qeyd edək ki, Frems Puşkaş mükafatı 2009-cu ildən FIFA tərəfindən təsis edilib.

Exit mobile version