AUT.AZ

İkardi dağıntılardan xilas olan azarkeşin istəyinə müsbət cavab verdi – Foto

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan Kadir adlı “Qalatasaray” azarkeşi 87 saat sonra xilas edilib.

Aut.az xəbər verir ki, o, xilas edildikdən sonra İstanbul klubunun xəstəxanasına gətirilib.

“Cim-Bom”un həkimi Ahmet Şahin Kadiri müayinə edərkən o, xilas olmasına klubun futbolçusu Mauro İkardinin qol sevincinin eynisini təkrarlayaraq sevinib.

Azarkeş “Qalatasaray”ın həkimindən İkardinin imzalı formasını da istəyib.

Ahmet Şahin Kadirin istəyini argentinalı ulduza çatdırıb. Futbolçu instaqram hesabından paylaşım edərək tezliklə azarkeşə forma verəcəyini və onu qucaqlayacağını bildirib.

Exit mobile version