AUT.AZ

Merihin çağırışına 3 ulduz da səs verdi

“Atalanta”nın türkiyəli futbolçusu Merih Demiralın başlatdığı yardım kampaniyasına daha 3 ulduz futbolçu qoşulub. 

Aut.Az xəbər verir ki, “Mançester Siti”dən Erlinq Holand ilə Kevin De Brüyne, eləcə də “Tottenhem”dən Harri Keyn zəlzələ qurbanlarına yardım edəcək.

Onlar hərraca çıxarılması üçün imzalı formalarını Demirala göndəriblər.

Qeyd edək ki, daha öncə Merih portuqaliyalı ulduz Kriştiano Ronaldo və “Roma”dan Paulo Dibalanın imzalı formasını hərraca çıxartmışdı.

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 18 342 nəfər ölüb, daha 74 242 insan yaralanıb.

Exit mobile version