AUT.AZ

Bu qışın ən müəmmalı transferi – Cəmi 25 dəqiqə…

Bir vaxtlar “Mançester Siti”, ÇSKA, “Everton” və “Qalatasaray” kimi klubların formasını geyinmiş Jonu yəqin xatırlayırsınız. O, bu qış transfer pəncərəsinin ən maraqlı keçidinin iştirakçısı olub.

Aut.az xəbər verir ki, yanvarın 25-də azad agent statusu ilə Səudiyyə Ərəbistanının “Əl-Cəbalayn” klubu ilə müqavilə imzalayan braziliyalı hücumçu bir həftə keçməmiş – yanvarın 31-də qovulub. Braziliya millisinin sabiq üzvü cəmi 25 dəqiqə oynamağa fürsət tapıb.

Onun müqaviləsinə hansı səbəbdən xitam verildiyi məlum deyil. Jo özü bu barədə danışmır. Klub isə adət etdiyimiz şablon açıqlama ilə kifayətlənib. Səudiyyə Ərəbistanı təmsilçisi hətta qısa zamanda ona əvəzləyici də tapıb.

Exit mobile version