AUT.AZ

Bu klub da fəaliyyətini dayandırdı

Türkiyədə baş verən zəlzələyə görə daha bir klub fəaliyyətini müvəqqəti dayandırıb.

Aut.az xəbər verir ki, söhbət birinci liqa təmsilçisi “Yeni Malatyaspor”dan gedir. Bu haqda klubun prezidenti Ahmet Yaman məlumat verib. “Sarı-qırmızılar”ın təmsil etdiyi Malatyanın ciddi dağıntılara məruz qalması və həlak olanlarının sayının çox olması belə qərar verilməsinə səbəb olub:

“Hazırkı vəziyyətdə liqaya davam etməyi düşünmürük. Futbolçu dostlarımız digər şəhərlərə yerləşib. Bazamız yararsız haldadır. Bizə 7-8 ay vaxt lazımdır. İndi oyun keçirmək ağlımıza belə gəlmir. Liqadan çıxmaqla bağlı qərarı açıqlayacağıq”.

Xatırladaq ki, dünən Super liqa təmsilçisi “Hatayspor” çempionatda çıxışını dayandırdığı açıqlayıb. “Qaziantep”in də analoji qərar vermək planı var.

Exit mobile version