AUT.AZ

Zəlzələdən əziyyət çəkən klublar üsyan edir

Türkiyədə baş verən zəlzələdən sonra “Hatayspor” və “Yeni Malatyaspor” iştirak etdiyi çempionatlardan çəkilmək istəyirlər.

Aut.az xəbər verir ki, zəlzələdən sonra ən çox dağıntılara məruz qalan Hatay və Malatya şəhərlərinin təmsilçiləri bunun üçün yerli federasiyaya müraciət edib. Superliqaya cəmi bir həftə fasilə verilməsini klublar ideal hesab etməyib. Hər iki klub bu mövsüm liqadan düşməmək şərtilə, çempionatdan çəkilməyi və yeni mövsümdən olduqları liqaya qayıtmağı planlaşdırır.

“Sabah qəzetinə danışan “Yeni Malatyaspor”un prezidenti bunları deyib:

“Federasiyanın verdiyi qərar, sadəcə skandaldır. Hara baxırsan yerlə-bir olub. Belə vəziyyətdə, 10 gün sonra matça çıxmağı əsla qəbul etmirik. Bir neçə gündən sonra idarə heyəti ilə görüşəcəyik və şərtlər dəyişməsə, Superliqadan çəkilmək qərarını verəcəyik”.

Qeyd edək ki, “Hatayspor” Super liqada, “Yeni Malatyaspor” isə Birinci liqada mübarizə aparır.

Exit mobile version