AUT.AZ

Yenə də coşdu: “Tanrıya inanmayanlara hər şeyi sübut edəcəyəm”

Ötən ilin mayından zədə səbəbilə yaşıl meydanlardan uzaq qalan “Milan”ın futbolçusu Zlatan İbrahimoviç yenidən diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, o, adəti üzrə maraqlı açıqlama ilə gündəmə gəlib. 41 yaşlı forvard “Sport Mediaset”ə müsahibəsində hələ də özünü futbolun tanrısı hesab etdiyini deyib:

“Heç nə dəyişməyib. Mən boş yerə geri qayıtmaq istəmirəm. Meydançaya çıxsam, nəticə əldə etmək istəyəcəm. Çox yaxşıyam. Ümumi komandaya qayıtmışam və həm meydanda, həm də meydandan kənarda özümü sərbəst hiss edirəm.

Bütün bu müddət ərzində məşqçiyə, heyətə, bütövlükdə kluba kömək etmək üçün əlimdən gələni etdim. Səbirli idim, çünki zirvəyə qayıtmalıydım və dönüş, plana uyğun gedir. Yazacaq daha çox səhifələrim var. Ustalıq yaşla gedən bir şey deyil. Fiziki vəziyyət dəyişir, amma bacarıq heç yerə getmir. Mənim bacarıqlarım da yerindədir. Tanrıya inanmayanlara hər şeyi meydanda sübut edəcəyəm”.

Qeyd edək ki, ötən mövsüm uzun fasilədən somra “Milan”la İtaliya çempionu olan Zlatan İbrahimoviç bir neçə gündür komanda ilə məşqlərə başlayıb. Onun martdan meydanlara qayıdacağı gözlənilir.

Exit mobile version