AUT.AZ

Ukraynalı futbolçu rus turisti döydü – Türkiyədə

“Şaxtyor”un və Ukrayna millisinin hücumçusu Daniil Sikan Türkiyədə təlim-məşq toplanışı zamanı dava salıb

Aut.az xəbər verir ki, bu barədə “Vzbirna” YouTube kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bir qrup rusiyalı turist Sikanı “Şaxtyor” formasında görüb və Rusiyanı dəstəkləyən ifadələr qışqırmağa başlayıb.

Bundan sonra ukraynalı futbolçu turistlərdən birini vurub. Həmin turistin kəllə-beyin travması aldığı bildirilir.

Digər futbolçular davanın böyüməsinin qarşısını alıblar.

Ukrayna çempionatının bu mövsümündə Sikan “Şaxtyor”un heyətində 13 oyun keçirib və 6 qol vurub. Sikan 2021-ci ildə Ukrayna millisinin əsas komandasında debüt edib. Bu müddət ərzində o, altı matçda iştirak edib və bir qol vurub.

 

Exit mobile version