AUT.AZ

UEFA “Qarabağ”ın vurduğu qolları səsverməyə çıxardı

UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində vurduğu qolları səsverməyə çıxarıb.
Aut.az xəbər verir ki, bu barədə qitə futbol qurumu Konfrans Liqasının rəsmi instaqram hesabında paylaşım edib.
Səsverməyə çıxarılan qollar arasında Marko Yankoviç, Ovusu Kvabena və Abdullah Zubirin “Nant”a (ev oyunu, 3:0), həmçinin Ovusu və Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qollar (səfər oyunu, 3:0) yer alıb.

Exit mobile version