AUT.AZ

Türkiyə çempionundan BƏƏ klubuna

“Trabzonspor” hücumçusu Djanini Semedonu icarəyə göndərib.

Aut.az xəbər verir ki, Kabo Verde millisinin də üzvü olan 31 yaşlı forvard Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubuna keçib.

Ərəblər futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər. Mövsümün sonunda BƏƏ klubu trabzonlulara 1.5 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da ala bilər.

Semedo 2020-ci ildən “Trabzonspor”un uğurları üçün çalışırdı. O, bu komandada 94 oyuna 20 qol vurub. Futbolçu daha öncə “Əl-Əhli”, “Santos Laquna”, “Nasyonal” (Madeyra), “Olhanense”, “Benfika” və “Unian Leyriya” klublarında da forma geyinib, yığmada 35 oyuna 7 qol vurub.

Exit mobile version