AUT.AZ

Superliqa “nənə canavar”dır – Çox böyük dişləri var

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas Superliqanın yeni  formatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Daha əvvəl bildirilmişdi ki, “Real”, “Barselona” və “Yuventus” 60-80 komandanın iştirak edəcəyi Avropa Superliqasının yeni formatı, daimi iştirakçıların olmaması və divizionlara bölünməsi üzərində işləyir.

Aut.az xəbər verir ki, La Liqanın prezidenti öz “Twitter” səhifəsində Emerson Koenin Şarl Perronun “Qırmızı papaq” nağılı əsasında çəkdiyi karikaturanı dərc edib. Bu karikaturada o, Superliqanı nənə canavar, Avropa futbolunu isə “Qırmızı papaq” kimi təsvir edir:

“Super Liqa nənə qiyafəsində gizlənən, Avropa futbolunu aldatmağa çalışan canavardır, amma çox böyük dişləri var.

Avropada dörd divizion olacaq? Onlar, əlbəttə ki, 2019-cu il islahatında olduğu kimi, ən yüksəkdə olacaqlar. Nəzarəti kim edəcək? Bunların nəhənglər olacağı aydındır”.

 

Exit mobile version