AUT.AZ

Səudiyyəli milyarder bu qədər mükafat verdi

Səudiyyəli milyarder Əl-Valid bin Talal çərşənbə axşamı klublararası dünya çempionatının yarımfinalında Braziliya çempionu “Flamenqo”ya 3:2 hesabı ilə qalib gələn “Əl Hilal”ın futbolçularına böyük məbləğdə mükafat ayırıb. 

Aut.Az xəbər verir ki, bu barədə şahzadənin “Twitter” hesabında paylaşım edilib.

O, komandanın hər oyunçusuna bir milyon riyal (250 min avro) mükafat verib.

“Kingdom Holding Co” kompaniyasının rəhbəri olan bin Talal Səudiyyə klubunun böyük pərəstişkarıdır. O, şənbə günü kuboku evlərinə götürəcəkləri halda, oyunçulara eyni məbləğdə mükafat verəcəyini söyləyib.

Xatırladaq ki, final matçında “Əl-Hilal” “Real Madrid”lə qarşılaşacaq.

Exit mobile version