AUT.AZ

“Qalatasaray”ın yeni transferindən zəlzələ qurbanının xatirəsinə hörmət

İstanbulun “Qalatasaray” futbol klubunun yeni transferi Nikolo Zaniolo komandada 17 nömrəli formada çıxış edəcək.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu bu nömrəni Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində həlak olan 17 yaşlı “Qalatasaray” azarkeşi Muhammed Emin Özkanın şərəfinə seçib.
O, Türkiyəyə gələr-gəlməz zəlzələdən zərərçəkənlər üçün “Nef” stadionunda yardımların qablaşdırılmasına və daşınmasına kömək edib.
Qeyd edək ki, “Qalatasaray” klubu İtaliya millisinin üzvü ilə 2027-ci ilədək müqavilə imzalayıb.

Exit mobile version