AUT.AZ

“Qəbələ”nin sabiq məşqçisinin acı taleyi

“Qəbələ” Futbol Akademiyasında sabiq qapıçı məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ zamanı dağıntılar altında qalıb.

Aut.az xəbər verir ki, “İskenderunspor” klubunda çalışan 53 yaşlı mütəxəssis zəlzələ olan vaxt klubun məşqçilər üçün ayrılmış binasında olub. Digər məşqçi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələ də bir xəbər yoxdur.

Diqqətçəkən məqam isə qapıçılar üzrə məşqçi işləyən Kurtun 1 həftə öncə “İskenderunspor”dan ayrılmaq ehtimalının olmasıdır. Baş məşqçi Nedim Yiğitin istefasından sonra o da getmək qərarına gəlib. Ancaq qolkiperlərin və futbolçuların israrından sonra klub rəhbərliyi onu komandada saxlayıb.

Qeyd edək ki, mütəxəssis 2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında çalışıb.

Exit mobile version