AUT.AZ

PSJ-Messi danışığı: İki variant var

PSJ və Lionel Messi yeni müqavilə üçün iki variantı müzakirə edirlər.

Aut.az “Diario Sport” istinadla xəbər verir ki, müqavilənin uzadılması üçün iki variant var – ya bir il, ya da “1+1” sxemi.  Müqavilənin uzadılması variantının aktivləşdirilməsi oyunçunun istəyindən asılı olacaq.

Daha əvvəl məlum olmuşdu ki, Messi və PSJ-nin yeni müqavilə ilə bağlı yekun razılığa gələ biləcəyi görüş fevralda baş tutacaq.

Bu mövsüm argentinalı PSJ-nin heyətində bütün turnirlərdə 25 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə edib.

Exit mobile version