AUT.AZ

Messinin qardaşını başa saldılar, üzr istədi

Lionel Messinin qardaşı Matiasın “Barselona” haqqında dediyi sözləri təqdim etmişdik.

Aut.az xəbər verir ki, o, dediyi sözlərə görə peşman olub və üzr istəmək qərarına gəlib. Bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Sosial şəbəkələrdə dediklərimə görə izah vermək istəyirəm. Oğlum və dostlarımla, sadəcə zarafatlaşırdıq. “Barselona” kimi böyük klub və onun tarixi haqqında necə belə düşünə bilərəm?

Bizə çox şey verən klub haqqında belə fikirdə ola bilmərəm. Bizim üçün Kataloniya ikinci vətəndir və bunu hamı bilir. Hamıdan, xüsusən də “Barselona” azarkeşlərindən üzr istəyirəm”.

Exit mobile version