AUT.AZ

Messinin qalib olmadığı yeganə turnir

PSJ-nin Fransa kubokundakı çıxışını erkən başa vurması komandanın əsas üzvlərindən biri olan Lionel Messinin unikal göstəriciyə çatmasına imkan verməyib.

Aut.az xəbər verir ki, Paris təmsilçisinin 1/8 finalda “Marsel”ə uduzaraq (1:2) mübarizəni dayandırması imkan verməyib ki, argentinalı futbolçu şəxsi muzeyində olmayan bu titulu qazansın.

Fransa kuboku Messinin iştirak etdiyi, lakin qalib olmadığı yeganə turnirdir. Lionelin PSJ-yə transferindən sonra komanda iki dəfə mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Qeyd edək ki, ötən dekabrında Leo Argentina millisi ilə dünya çempionatının qalibi olub. O, bu turnirdə də ilk dəfə qalib olub. Eyni zamanda, Dünya kuboku onun karyerasında sayca 42-ci titul olub.

Exit mobile version