AUT.AZ

Melo və Aleks Türkiyə üçün birləşdi

Türkiyədə baş verən zəlzələyə ən çox diqqət göstərən futbolçulardan biri Felipo Melodur. Sosial şəbəkə paylaşımları ilə həmkarlarına dəstək verən, dünyanı yardıma çağıran braziliyalı daha bir addım atıb.

Aut.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın sabiq oyunçusu özü məlumat verib: “1 saat öncə Alekslə danışdım. O, sadəcə, “Fənərbaxça”nın yox, hər kəsin idealıdır. Bir qərar verdik. İlin sonunda bir xeyriyyə matçı oynamağa razılaşdıq. Bütün dünya bu gün Türkiyədən danışır, amma bir ay sonra belə olmayacaq. Bu olayları hər kəs unudacaq,  biz unutmamalıyıq”.

Görüşün hansı formada keçiriləcəyi hələ dəqiqləşməyib. İki klubun sabiq futbolçularının üz-üzə gələcəyi ehtimalı böyükdür, lakin hələ bu məsələlər müzakirə edilməlidir.

Melo Türkiyədə oynadığı vaxt derbilərdə daim dalaşdığı Volkan Dəmirəlin hərəkətlərindən də təsirlənib. Sabiq qapıçının zəlzələ sonrası çabalarını görən braziliyalı onun fədakarlığını yüksək qiymətləndirmiş, tərif yağdırmışdı.

Exit mobile version