AUT.AZ

“Hatayspor”un futbolçuları zəlzələdən belə xilas olublar

“Hatayspor”un futbolçuları – Kaan Kanak, Burak Öksüz və Ruben Ribeyronun zəlzələdən necə xilas olduqları məlum olub.

Aut.az xəbər verir ki, Kanak hələ dağıntılar altında qalan komanda yoldaşı Kristian Atsu ilə eyni binada yaşayıb. Kaan “Kasımpaşa” ilə matçdan sonra müayinə üçün klubun bazasına gedib. Amma bu proses uzun müddət davam etdiyindən, futbolçu orada gecələməyə qərar verib. Zəlzələ zamanı bazada olan futbolçu bunun sayəsində salamat qalıb.

Öksüz də çökən binada yaşayıb. Zəlzələ vaxtı anasını binadan çıxaran futbolçu uzun müddət anası ilə birgə ayaqyalın çöldə qalıb.

Riberyro isə zəlzələ zamanı yaşadığı binanın pəncərəsindən hoppanıb. Onun evi aşağı mərtəbədə olduğu üçün xəsarət almayıb.

Exit mobile version