AUT.AZ

Hər kəs onun kim olduğunu bilir – Sabiq arvadı

Dani Alvesin keçmiş arvadı Dinora Santana ona qarşı irəli sürülən ittihamlara inanmadığını bildirib.

“Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi gecə klubunda qadına təcavüz etməkdə ittiham olunaraq həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Aut.az xəbər verir ki, Dinora belə deyib:

“Dani belə bir şeyə qadir deyil. O, heç vaxt bir qadını ləkələməzdi. Mən onu 22 ildir tanıyıram və 10 il onunla ailəli olmuşam.

Daninin ətrafında olan hər kəs onun kim olduğunu və belə şeylərə qadir olmadığını bilir. Bu vəziyyət insanı ağrıdır””.

Exit mobile version