AUT.AZ

“Beşiktaş” milli üzvü ilə gücləndi

“Beşiktaş” heyətinə yeni futbolçu qatıb.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin və “Kayserispor”un müdafiəçisi Onur Bulutla güclənib.

Sağ cinah müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb. Futbolçunun transfer məbləği açıqlanmır.

Onur Bulut “Bohum”un yetirməsidir. 28 yaşlı futbolçu Almaniyada “Frayburq” və “Ayntraxt”ın (Braunşveyq) da formasını geyinib. 2019-cu ilin yayında “Alanyaspor”a keçən futbolçu bu klubda olarkən “Rizəspor”da da icarədə olub. Müdafiəçi, 2021-ci ildən “Kayserispor”da forma geyinirdi. O, Türkiyə millisində də 1 matç keçirib.

Exit mobile version