AUT.AZ

Avropa futbolunda qarşıdurma: Superliqa layihəsi gerçəkləşir

“Barselona”, “Real” və “Yuventus” Avropa Superliqasını bərpa etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, liqanın baş direktoru Bernd Reyxart təsisçi klubların layihənin yeni versiyasını işə salmaq istədiklərini açıqlayıb.

Avropa Superliqasının yeni versiyasında daimi üzv olmayan 60-80 iştirakçı bir neçə divizionda mübarizə aparacaq. Hər bir komanda mövsümdə ən azı 14 oyun keçirəcək. Hələlik klubların bölgüsü ilə bağlı təfərrüatlar yoxdur. Turnirdən kənarlaşdırma sisteminin necə olacağı da məlum deyil. “Real”, “Barselona” və “Yuventus” yeni Avropa Super Liqasının formatını, hələlik gizli saxlayır.

Qeyd edək ki, 2021-ci ilin aprelində Avropa Super Liqasını yaratmaq cəhdi uğursuz olub. Qurucu klublarla yanaşı “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Barselona”, “Atletiko, “Yuventus”, “İnter” və “Milan” bu layihədə iştirak etmək istəyirdi. Ancaq UEFA-nın müdaxiləsi və ingiltərəli azarkeşlərin narazılığı bu planın baş tutmasına imkan verməyib.

Exit mobile version