AUT.AZ

ABŞ dünya çempionatından imtina etdi – Rusiyaya görə

Boks üzrə ABŞ millsi dünya çempionatında iştirakdan imtina edib.

Aut.az xəbər verir ki, buna səbəb Rusiya yığmasının mundiala qatılmasıdır. Bu barədə ABŞ Boks Federasiyasının (USA BF) rəsmi saytı məlum yayıb.

Bildirilib ki, Beynəlxalq Boks Assosasiyasının (ABB) rusiyalı kişi və qadın boksçulara dünya çempionatına öz bayraqları altında qatılmasına icazə verməsi onlar üçün qəbuledilməzdir.

USA BF-nin prezidenti Mayk MakAti məsələyə belə münasibət bildirib: “ABB təkcə Beynəlxalq Olimpiya Komitəsinin fevralın 2-də təsdiqlənmiş sanksiyalarını deyil, həm də ədalətli oyun və şəffaflıq prinsiplərini pozur”.

Umar Kremlevin başçılıq etdiyi ABB-nin Direktorlar Şurası isə Rusiya və Belarus boksçularına beynəlxalq yarışlarda iştirakla bağlı qoyulan qadağanın aradan qaldırılması ilə bağlı ötən ilin oktyabrın 5-də qərar verib. Təşkilat siyasi cəhətdən neytral, müstəqil qalmaq istədiyini bildirib və münaqişələrin sülh yolu ilə həllinə çağırış edib.

Qeyd edək ki, kişilər arasında dünya çempionatı mayın 1-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Qadınların mundialı isə daha tez baş tutacaq. Zəriflər martın 15-dən 31-dək Hindistanın paytaxtı Dehlidə güclərini nümayiş etdirəcəklər.

Exit mobile version