AUT.AZ

“Qalatasaray”ın yeni transferindən örnək addım

“Qalatasaray”ın yeni transferi Nikolo Zaniolo İstanbula gəlib. “Roma”dan alınan yarımmüdafiəçi örnək addımı ilə seçilib.

Aut.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi rəsmi qarşılamadan imtina edib. O, zəlzələ bölgəsində çarəsiz vəziyyətdə olan insanlara dəstək olan klub rəhbərliyini narahat etməməyi lazım bilib. Futbolçu qalacağı otelə də öz imkanları hesabına gedib. Daha bir örnək addım zəlzələ qurbanlarına 400 min lirə yardım etməsidir.

Xatırladaq ki, İtaliya klubu Zaniolonu 20 milyon avro + bonuslar müqabilində Türkiyəyə buraxıb. Onunla 2027-ci ilin yayına kimi müqavilə bağlanacaq.

Exit mobile version