AUT.AZ

Dibaladan Türkiyəyə dəstək

“Yuventus”un türkiyəli futbolçusu Merih Demiralın başlatdığı yardım kampaniyasına daha bir ulduz futbolçu qoşulub. 

Aut.Az xəbər verir ki, “Roma”nin argentinalı hücumçusu Paulo Dibala da zəlzələ qurbanlarına yardım edəcək.

Bu barədə Demirel sosial şəbəkə hesabı üzərindən məlumat yayıb: “Biraz əvvəl qardaşım Paulo Dibala ilə danışdıq. Argentina xalqı adına duyduğu kədəri bildirərək yanımızda olduğunu söylədi. Özü də imzalı formasını hərraca çıxarmaq üçün “Ahbap” dərnəyinə bağışladı”.

Qeyd edək ki, daha öncə Merih portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə danışaraq şəxsi kolleksiyasında yer alan Ronaldunun imzalı formasını hərraca çıxartmışdı.

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 8574 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Exit mobile version