AUT.AZ

Messinin qardaşı “körpü”nü yandırdı: İspanlar satqındırlar

PSJ-nin hücumçusu Lionel Messinin qardaşı Matias Messi argentinalı hücumçunun “Barselona”ya mümkün qayıdışı ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Matias sərt ifadələr işlədib. O, “Mundo Deportivo”nun canlı yayımında belə deyib:

“Leo “Barselona”ya qayıdacaqmı? Bu, asan sualdır. Barselonadakı qəzetlərdən birinin manşeti yadımdadır: “Messi “Barselona”ya qayıtmalıdır”. Əlavə edərdim: “Ha, ha… biz “Barselona”ya qayıtmayacağıq və qayıtsaq, hərtərəfli təmizlik işi aparacağıq. O cümlədən nankor Laportanı rədd edəcəyik.

Mənə görə, “Barselona” yalnız Messi sayəsində məşhurlaşdı. “Real” artıq çoxdan məşhur idi. Barselonaya baş çəkmək və klub muzeyinə baxmaq imkanı olan hər kəs “Barselona” muzeyinin Messi muzeyi olduğunu görəcək.

Azarkeşlər Laportanın getməsini, Messinin isə qalmasını tələb edərək küçələrə axışmalı idilər. Onda Messi qalardı. İspanlar satqındırlar”.

Exit mobile version