AUT.AZ

Məvacib davası: “Real” 4,8 milyon verir, o isə…

“Real”la Marko Asensio arasında yeni müqavilə ilə bağlı danışıqlarda fikir ayrılığı var.

Aut.az xəbər verir ki, tərəflər maaş məsələsində razılaşa bilmirlər. Bu barədə məlumatı “El Debate” yayıb. Bildirilir ki, dekabrın  sonunda klub Asensioya yeni müqavilə ilə bağlı ilk təklifi edib. Daha sonra tərəflər müqavilənin müddətini (4 il) razılaşdırsalar da, maaşla bağlı ortaq məxrəcə gələ bilməyiblər.

İndi Marko ildə 4,5 milyon avro qazanır. “Real” yeni müqavilədə ona illik 4,8 milyon avro maaş təklif edib. Futbolçunun agenti Xorxe Mendes təklifin illik 6 milyon avroya qədər artırılmasını tələb edib. Qeyd olunur ki, ispaniyalı illik 5,5 milyon avrodan aşağı maaşa razı olmayacaq.

Qeyd olunur ki, “Real” güzəştə getmək niyyətində deyil, çünki Asensio daha çox ehtiyat oyunçular skamyasında qalır. Vurğulanır ki, Madrid klubu Markoya illik 5 milyon avrodan çox pul təklif etməyəcək.

Asensionun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

 

Exit mobile version