AUT.AZ

FİFA-dan Türkiyəyə güzəşt – 10 gün uzadıldı

Türkiyə futbolunda qış transfer pəncərəsinin müddəti uzadılıb.

Aut.az xəbər verir ki, FİFA ölkədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciətini müsbət cavablandırıb. Bu barədə qrumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, FİFA qış transfer pəncərəsinin müddətinin daha 10 gün uzadılmasına şifahi razılıq verib.

Qeyd edək ki, Türkiyə klubları bu gün yerli vaxtla 23:59-a kimi futbolçu sifariş verə bilərdilər.

Exit mobile version