AUT.AZ

Daha bir əfsanə vəfat etdi

Xorvatiya futbolunun əfsanəsi Miroslav Blajeviç vəfat edib.

Aut.az xəbər verir ki, tanınmış məşqçi 88 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Blajeviç Xorvatiya yığmasının tarixinə ilk böyük uğurun memarı kimi düşüb. Onun yetirmələri DÇ-1998-də bürünc medal qazanıb.

Qeyd edək ki, mütəxəssis karyerası ərzində İsveçrə, İran, Bosniya və Herseqovina millilərini də çalışdırıb. Bir sıra klublarda da işləmiş Blajeviç karyerasını 2015-ci ildə “Zadar”da başa vurub.

Exit mobile version