AUT.AZ

Canlı əfsanədən yeni rekordlar

“Los Anceles Leykers”in basketbolçusu LeBron Ceyms MBA tarixinin ən yaxşı bombardirinə çevrilib.

Aut.az xəbər verir ki, canlı əfsanə “Oklahoma Siti” ilə matçda 38 xal toplamaqla buna nail olub. Bununla da o, aktivindəki xalların sayını 38390-a çatdırıb. Bu da imkan verib ki, başqa bir əfsanə Kərim Abdul-Cabbarı qabaqlayaraq MBA-in ən məhsuldar oyunçusuna çevrilsin.

Ceymsin uğurları bitmək bilmir. 38 yaşlı basketbolçu başqa göstəricidə də Kərimin rekorduna şərik çıxıb. O, 19-cu dəfə turnirin “All-Star”ına seçilib.. Əbdül-Cabbar 1973-cü ildə ulduzların komandasına seçilsə də, oyunda iştirak etməyib. Bu səbəbdən LeBron həmin matçda iştirak etsə, “All-Star”da ən çox meydana çıxan basketbolçu olacaq.

Exit mobile version