AUT.AZ

Ayaqları kəsilən olimpiya çempionuna arvadından təbrik

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Roman Kostomarovun həyat yoldaşı, 38 yaşlı Oksana Domina sosial şəbəkələrdə ərini ad günü münasibətilə təbrik edib. Onun 46 yaşı tamam olub.

Aut.az xəbər verir ki, Oksana sosial şəbəkədə yazıb ki, bu çətin anlarda ərinin iradəsi və qalib gəlmək istəyi ilə fəxr edir. O bildirib ki, bir il əvvəl heç kim həyatda belə bir durumla üzləşəcəklərini təsəvvür edə bilməzdi:

“Biz hər şeyə qalib gələcəyik, hər şeyin öhdəsindən gələcəyik, inanıram! Sadəcə yaşa!”

Domnina, ərinin vəziyyəti ilə bağlı ondan nə isə soruşmamaq xahişi ilə jurnalistlərə müraciət edib. O, sağaldıqdan sonra Romanın özünün  hər şeyi danışacağını vurğulayıb.

Oksana onların durumuna biganə qalmayan hər kəsə təşəkkür edib. Onun sözlərinə görə, tibb nöqteyi-nəzərindən artıq hər şey edilib, Kostomarovu yaxşı fikirlər və dualarla dəstəkləmək qalır.

Qeyd edək ki, Kostomarovun hər iki ayağı amputasiya edilib.

 

Exit mobile version